<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>315</hymn_number>
<title>Həyatda əbədi sevinciniz yox İL315</title>
<lyrics>[V1]
 Həyatda əbədi sevinciniz yox,
 Ömrünüz azdır, kədəriniz çox.
 Ölüm canınıza sancılan bir ox,
 Nəyə güvənirsiz siz, ey insanlar.

[C1]
   İblis hiyləsinə qulaq asmayın,
   Allahın yoluna gəlin, azmayın,
   Rəbbin işlərini şərə yozmayın,
   Oğula imana gəlin, insanlar.

[V2]
 Dərdlərin əlində aciz qalırsız,
 Allahı dar gündə yada salırsız.
 Günahlı dünyada fi krə dalırsız,
 Nəyə güvənirsiz siz, ey insanlar?

[V3]
 Sizə can verirmi ləl - cəvahirat,
 Sizə zövq verirmi günahlı həyat?
 Qaranlıq dünyada kim olar rahat,
 Nəyə güvənirsiz siz, ey insalar?

[V4]
 Sizinçün vermişəm Mən Öz canımı,
 Sizinçün tökmüşəm Mən Öz Qanımı.
 Sizinçün daddım ölüm acısını
 İmana, xilasa gəlin, insanlar.</lyrics>
</song>